070 6688115 / 055 6688115
Müasir dövrdə inşaat sahəsi yalnız təcrübəyə deyil, həm də güclü nəzəri və texnoloji biliklərə əsaslanır. Bugün istifadə olunan mühəndislik proqramları tikilini əvvəlcədən modelləşdirir, dəqiq hesablamalar aparır, riskləri öncədən göstərir və təhlükəsizliyi təmin edir.
Bizim 6 aylıq İnşaat Mühəndisliyi təlimimiz sizə yalnız nəzəri bilikləri deyil, həm də praktiki bacarıqları qazandıracaq. Bu müddətdə həm tikinti sektorunun əsas prinsiplərini, həm də ən çox tələb olunan proqram təminatlarını mükəmməl öyrənəcəksiniz. Tam iş prosessini anlamaq, konstruktiv elementləri tanımaqdan başlayaraq onları seçib analiz edəcək və düyün açılışlarının hazırlamağı öyrənəcəksiniz..
Əgər siz karyeranızda qısa müddətdə layiqli yerinizi tutmaq istəyirsinizsə..
...konstruktor kimi gələcəyinizi bizimlə qurmağa başlayın!
Müəllimlərin təcrübəsi. Ərazidə və ofisdə təcrübəsi olan kolleqalarla çalışırıq.
Nəzəriyyə dərhal tapşırıq metodikası. 70% praktiki işlər.
Şəxsi layihələrin analizi. Fərdi rəylər və mentorluq.
10-dan çox layihə işləyəcəksiniz. Təlim zamanı fərqli layihələr yaradıb və onları möhkəm təməl üzərində inşa etməyi öyrənin.
Eskizdən başlayaraq sənədləşmənin tam başa çatdırılması və işin müştəriyə təqdim olunmasınadək bütün iş prosesinin aparıldığı mühit
Professional Portfolio
Karyera dəstəyi
Bənzər düşüncəli insanlarla tanış olmaq şansı
Təlimdə öyrənəcəkləriniz:
Konstruktiv elementlərin tanınması və analizi
Konstruktiv çizgilərinin oxunması və çizilməsi
Memarlıq çizgilərinin oxunması və çizilməsi
Materialların xüsusiyyətləri
Norma, standartlar
Armaturun seçilməsi
Düyünlərin və hissələrin hesablanması
Yüklər və təsirlər
Zəlzələ yükünü hesablamaq
Təsnifat cədvəlin hazırlanması
İşçi və Eskiz layihənin tərtib edilməsi və s.
✅ Təlimləri sahəsində təcrübəli, bir çox layihə və seminarların aparıcısı olan mühəndis tədris edir
✅ Nəzəri biliklə yanaşı praktiki layihə üzərində iş
✅ Müasir proqram təminatlarında real nümunələrlə dərs
✅ Təcrübə proqramı
Proqram təminatları:
Autodesk AutoCAD
Autodesk Revit
Lira Sapr
Tekla Structures
Proqram təminatları:
Sap2000
IdeaStatica
Etabs
Tekla Structures
Kimlər üçündür təlim:
İnşaat istiqamətdə inkişaf etmək istəyən hər kəs dərslərimizə dəvətlidirlər
Öz biliklərini genişləndirmək, iş prinsipləri haqqında daha dərindən məlumat əldə etmək istəyən və portfelini möhkəmləndirmək istəyən dizayner, memar, konstruktorlar, smetaçı, layihəçi və s.
Kompleks tikinti işini anlamaq istəyən şəxslər.
Öz evini xəyal edən və onun dizaynında bacarıqla iştirak etmək istəyən hər kəs.
Yeni gəlirli peşə axtaran və hər zaman özünü maarifləndirmək istəyən yaradıcı insanlar.
Dizayn, memarlıq və mühəndislik universitetlərinə qəbul olmağa hazırlaşan namizədlər.
🗨️ Ətraflı kurs proqramı və menecerin məsləhətini almaq üçün veb-saytda bir istək buraxın.
🗨️Kursu bitirdikdən sonra siz sadəcə sertifikat almayacaq, portfelinizdə real layihə və tələb olunan bacarıqlar dəsti ilə ayrılacaqsınız.
Я очень довольна пройденным курсом. Благодарю Чинара ханум за труд и мотивацию
Ф. Таджибекова
Sahibkaram, İnşaatla heç təcrübəm yoxuydu. Amma bu 4ay ərzində müəllim məni ərazidən ofisə, smetadan planlamaya hərtərəfli yetişdirdi. Mövzuları səbrlə detallı izah etdiyiniz üçün xüsusən müəllimimə təşəkkürümü bildirirəm. Var olun!
F. Nəbiyev
İş üçün mənə Layihələrin oxunması və hazırlanması lazım idi. Qrup yoldaşım məsləhət etdi mən doğrusu şübhə ilə getmişdim. Lakin o qədər gözləntimi aşdı ki, indi məndə hamıya tövsiyə edirəm
Ü. Məmmədzadə
Təsadüfən Instagramda gördüm, getdim sınaq dərsinə. Helə mürəkkəb mövzuları sadə və rahat dillə izah edirsiniz ki, misallarla.. Çox bəyəndim metodikanızı
K. Bağırova
Çox seçici birisiyəm. CompEduAz təsadüfən gəldim, müəllimlə görüşdüm ilk görüşdən nə istədiyimi anladı. Dərslər çox maraqlı və detallı keçir. Hamıya tövsiyə edirəm
M. Həsənova
Mən gələndə bazam var idi işləyirdim. Lakin dərslərdə o qədər çox bilik əldə etdim ki, heç bilmirmiş kimiyəm. Çox sağolun!
F. Təbrizli
Bizim təlimlərimizin üstünlüyü dərs zamanı mövzuları praktiki nümayiş etdirməkdədi. Bu cürə təlim bilikləri
maksimum yadda qalan edir və çox rahatlıqla aşağıda qeyd olunan sənədləri əldə edə biləcəyinizə zəmanət verir.
Bundan başqa Sizi Rəsmi Autodesk və Graphisoft şirkətlərinin keçirdiyi imtahana hazırlaya bilərik!
Tədris etdiyimiz təlimlər karyeranızda əsas təkandır. Ona görə düzgün seçim etmək üçün hər zaman kömək etməyə hazırıq.
Qrup təlimlər 2 saat davam edir. Dərslərin günü və saatını özünüz seçə bilərsiniz. Qrupda 4-8 tələbə olur. Əyləncəli və faydalı təlim üçün qrup seçə bilərsiniz. Əgər baza bilikləriniz var və konkret suallarınızı cavablandırmaq istəyirsinizsə Fərdi təlimlər tövsiyyə olunur.
Sizə uyğun hər formatı düşünmüşük. İstər əyani, istərsədə online təlimlərdə istədiyiniz keyfiyyəti ala biləcəksiniz.
Bugün informasiya bol olan dünyada Ali təhsil tam olaraq məcbur deyil, əsas portfolio və biliyiniz yüksək səviyyədə olsun. Lakin iş karyeranızda layiqli mərhələyə çatmağınız üçün Ali təhsil əlbəttə vacibdir. Həmdə seçdiyiniz peşədən asılıdır, konsultasiyamızda ətraflı məlumat əldə edə bilərsiniz
Əlbəttə, ağır fiziki iş deyilsə niyə də yox? Bugün mühəndis kimi çalışan xanım tələbələrimiz işlərindən çox razıdırlar
Dərsin keyfiyyəti ilə maraqlananlar Müəllimlərimizlə sınaq dərsində canlı tanış olub suallarını verə bilərlər. Sınaq dərsi 30dəq davam edir. Bu müddət ərzində suallarınızı və tələblərinizi bölüşürsünüz.
Ofisimiz 09:00-22:00dək çalışır. Əminik Sizə uyğun qrafik seçə biləcəyik. Qrup təlimlər 2 saat, Fərdi təlimlər isə 1.5 saat davam edirlər. Həftədə 2 dəfə.
Sizə rahat olan dildə tədris keçə bilərsiniz.
+994 556688115
+994 706688115
Azərbaycan, Bakı şəh.
Sahil m., Zərifə Əliyeva 38