070 6688115 / 055 6688115
Kompüter alarkən nələrə fikir verməlisiniz..
Videomuzda daha ətraflı tanış ola bilərsiniz. Lakin burada qısa vacib məlumatları dolduracam.
Videokart 3050Ti
RAM 16GB DDR4
prosessor Core İ5; AMD Ryzen 5600X
Ana plata MSl, Dell, Acer, ASUS, Toshiba
Bugün sosial şəbəkələrdə yeni səhifələrin açılması və kursların reklamı çox asanlaşıb. Lakin bu cür hallar tələbələr üçün ciddi risklər yarada bilər. Yanlış təlimçi seçimi zaman itkisinə, müəllimə və təhsil mərkəzinə olan güvən azalmasına, seçilmiş ixtisasla bağlı şübhələrə və iş bacarıqlarında əminlik itkisinə səbəb ola bilər.
Müasir dövrdə internet və süni intellektin realist nəticələr təqdim etdiyi bir vaxtda ehtiyatlı olmaq çox önəmlidir. Sosial şəbəkədə yaradılan vizual görüntü və marketinq effektləri təlimin keyfiyyətinə zəmanət vermir.
Təəssüf ki, bəzi şəxslər peşəkar təhsili olmadan dərs keçməyə başlayırlar. Bu vəziyyət yalnız öyrədilən biliklərin keyfiyyətini deyil, tələbələrin praktik bacarıqlarının düzgün formalaşmasını da risk altına qoyur. Məsələn, formal təhsili olmayan və yalnız məhdud praktiki təcrübəyə malik biri özünü mütəxəssis kimi təqdim edə bilər ki, nəticədə tələbələr yanlış və natamam biliklərlə işləməyə başlayır.
Təlimçinin və tələbələrinin reallaşdırdığı layihələr ilə tanış olun. Portfolio müəllimin bacarıq və təcrübəsini göstərən ən etibarlı göstəricidir.
Təlimçi yalnız nəzəri biliklərə deyil, həm də praktik bacarıqlara sahib olmalıdır. Staj və təcrübəsi tələbələrin öyrənmə prosesinə real töhfə verib-verməyəcəyini göstərir.
Kursun sonunda hansı nəticələrin təmin olunacağını öyrənin: sertifikat, diplom, portfolio, tövsiyə məktubu və işlə təmin olunma imkanları kimi konkret vədlər.
Təhsil və karyera üçün düzgün seçim etmək vacibdir. Sosial şəbəkələrdəki cazibədar reklamlar sizi aldatmasın. Müəllimin təhsili, təcrübəsi və təqdim etdiyi nəticələr diqqətlə qiymətləndirilməlidir. Yalnız bu yanaşma tələbələrə keyfiyyətli təlim və real bacarıq qazandırır.
Biz hər insanın özünəməxsus istedadı olduğuna inanırıq. Eyni işə fərqli yanaşmaların olması isə komandada dəyər yaratmaq deməkdir. Bu səbəbdən heç kim öz bacarığından utanmamalı və ya geri çəkilməməlidir — əksinə, güclü tərəflərini tanıyıb inkişaf etdirməlidir.
Bir vaxtlar övladın valideyn yolunu davam etdirməsi “məcburi həyat ssenarisi” sayılırdı. Amma müasir psixologiya sübut edir ki, bu cür öhdəlikləri gəncin çiyninə yükləmək onun həm psixologiyasına, həm də gələcək sağlamlığına ciddi təsir göstərə bilər.
Məhz buna görə biz hər bir tələbəyə fərdi yanaşırıq:
Peşə seçimini sıfırdan etmək istəyənlər üçün yönləndirici konsultasiyalar keçiririk.
Mövcud peşədən yorulan və dəyişiklik axtaranlara uyğun yol xəritəsi hazırlayırıq.
Potensialınızı daha yaxşı tanımanız üçün maarifləndirici sessiyalar təşkil edirik.
Düzgün istiqamətləndirmə ilə hər yaşda yeni bir başlanğıc mümkündür.
daha hansı peşələrə son qoydu..?
Süni İntellekt həyatımıza yeni gəlməsinə baxmayaraq dünyada böyük şirkətlər uzun illərdir ki, istifadə edirdilər. Qeydiyyat zamanı üz tanıma, səs tanıma rejimləri, CV-lərin sürətli yoxlanışı və s. kimi prosesslərdə AI insanların köməkçisi idi. İndi isə hər sektora toxunmağa cəhd edir AI.
Xüsusən qeyd etmək istəyirəm ki, kiçik işləri ələ ala bilsə də əsas peşəni son qoya bilməz. Məsələn, Qrafik dizayneri itirsəkdə marketinq istiqaməti yaşayacaq və bu işi idarə edib aparan şəxslərə hər zaman ehtiyac olacaq. Və ya interyer dizaynerlərə ehtiyac olmasada yaradıcı dizaynerlər çox yaxşı gəlir qazana biləcəklər.
üçün nələri bilmək lazımdır ?
Bu mövzu çox geniş və dərin bilgilər tələb edir, lakin burada qısa və ən vacib məqamlara toxnmağa çalışacayıq.
İlk öncə tikilinin təyinatı vacibdir. Sadə görünsədə hər şey bundan başlayır. Daha sonra büdcə. Sonra isə briqadaya həvalə etmək məsləhətdir. Əgər özünüz tikmək və ya kontrol etmək arzusundasınızsa o zaman qısa videomuza baxmağınız tövsiyə olunur
olmaq üçün təhsil lazımdırmı ?
Bəzən insanlar memarlıqla podratçılığı qarışdırır. Memar — tikilinin fasadından interyerinə qədər bütün dizaynını hazırlayan, material seçimini planlaşdıran, layihəni funksional və estetik baxımdan düzgün şəkildə quran mütəxəssisdir. O, tikilinin təyinatını, auditoriyasını, yerləşdiyi ərazini və daha bir çox vacib amili nəzərə alır.
Memarın komandasında adətən interyer dizaynerləri, kommunikasiya xətləri üzrə mütəxəssislər və konstruktorlar olur. Bəzən memar qeyri-adi, standartdan kənar bir bina dizayn edir və bu layihəni həyata keçirmək üçün komandasının dəstəyinə ehtiyac yaranır. Buna görə memar daim araşdırır, çıxış yolları və alternativ həllər axtarır.
Memarlıq yaradıcılığın, elmin və innovasiyanın kəsişmə nöqtəsidir. Memar fərqli üslubları birləşdirməyi, yeni formalar yaratmağı və yeniliklərə açıq olmağı bacarmalıdır. Bu səbəbdən məşhur memarlar mütəmadi olaraq biliklərini yeniləyir, müxtəlif ölkələrə səyahət edərək yeni mədəniyyətlərlə tanış olur və ilham toplamağa çalışırlar.
olmaq üçün nələr lazımdır ?
Bugün dizayner olmaq çox asandır. Əsas müşahidə etmək bacarığı və bəzi proqram, süni intellekt bilikləri kifayətdir. Lakin seçilmək üçün öz imzanız, yəni naxışınız olmalıdır. Məsələn, bir əsas janr, rəng tonu, şrift, üslub seçə bilərsiniz və onu maksimum itiləməyə çalışın. İkinci, yadda qalan layihə hazırlayın və onu dünya ilə paylaşın. Sizi yadda saxlamalıdırlar.. Bunun üçün öz işinizdə ən yaxşısı olmalısınız. Ödənişsiz konsultasiyamıza yazılın potensiyalınızı tapaq.
üçün Süni intellekt siyahısı
Biz hər zaman demişik ki, dizaynerlər ancaq gəşəng keyfiyyətli şəkil, render edən şəxslər deyillər. Onlar işin texniki tərəfinidə bilməlidirlər. Bugün minlərcə AI platformalarından sizə uyğununu seçmək və düzgün prompt yazmaq lazımdır. Sizin üçün hazırladığımız siyahıdan istifadə edə bilərsiniz.
Süni intellekt təlimimizdə geniş bilgilər əldə edəcəyinizə və işinizə sürət qatan faydalı olacağına əminik.
✅ Təlimləri sahəsində təcrübəli, bir çox layihə və seminarların aparıcısı olan mütəxəssislər tədris edir
✅ Nəzəri biliklə yanaşı praktiki layihə üzərində iş
✅ Müasir proqram təminatlarında real nümunələrlə dərs
✅ Təcrübə proqramı
Я очень довольна пройденным курсом. Благодарю Чинара ханум за труд и мотивацию
Ф. Таджибекова
Sahibkaram, İnşaatla heç təcrübəm yoxuydu. Amma bu 4ay ərzində müəllim məni ərazidən ofisə, smetadan planlamaya hərtərəfli yetişdirdi. Mövzuları səbrlə detallı izah etdiyiniz üçün xüsusən müəllimimə təşəkkürümü bildirirəm. Var olun!
F. Nəbiyev
İş üçün mənə Layihələrin oxunması və hazırlanması lazım idi. Qrup yoldaşım məsləhət etdi mən doğrusu şübhə ilə getmişdim. Lakin o qədər gözləntimi aşdı ki, indi məndə hamıya tövsiyə edirəm
Ü. Məmmədzadə
Təsadüfən Instagramda gördüm, getdim sınaq dərsinə. Helə mürəkkəb mövzuları sadə və rahat dillə izah edirsiniz ki, misallarla.. Çox bəyəndim metodikanızı
K. Bağırova
Çox seçici birisiyəm. CompEduAz təsadüfən gəldim, müəllimlə görüşdüm ilk görüşdən nə istədiyimi anladı. Dərslər çox maraqlı və detallı keçir. Hamıya tövsiyə edirəm
M. Həsənova
Mən gələndə bazam var idi işləyirdim. Lakin dərslərdə o qədər çox bilik əldə etdim ki, heç bilmirmiş kimiyəm. Çox sağolun!
F. Təbrizli
+994 556688115
+994 706688115
Azərbaycan, Bakı şəh.
Sahil m., Zərifə Əliyeva 38