«CompEduAz» Tədris və İnkişaf Mərkəzi sizi keyfiyyətli və sürətli təhsil almağa dəvət edir. Karyera pillənizdə uğurlu təkan atmağınız üçün istifadə edə biləcək ən düzgün seçim bizim təhsil sistemimizdir, çünki ilk dərslərdən yeni bacarıqlar və təcrübə qazanacaqsınız. Biznesi idarə etmək üçün maliyyə, mühasibatlıq, vergi, hüquq, dropshipping, investisiya istiqamətində təlimlərimiz var. İnanırıq ki, axtardığınız təlimi köməyimizlə tapıb dərslərə başlayacaqsınız. Qeyd edək ki, təlimlərimizdə nəzəri və praktiki biliklərə xüsusən diqqət yetirilir. Yəni büdcə planlaması, maliyyə hesabatlarının hazırlanması, vergi və hüquq öhdəlikləri ilə dərindən tanış olacaqsınız.
Kurslarımız tələbələri biznes idarəçiliyi və sahibkarlıq sahəsində uğurlu karyera üçün lazımi bilik və bacarıqlarla təchiz etmək üçün hərtərəfli təlimlər təklif edir. Biz son versiya proqram, maliyyə sistemləri, vergi və hüquq bilikləri, komandada və sərbəst çalışmaq daxil olmaqla geniş mövzuları əhatə edirik. Təcrübəli təlimçilərimiz bugünkü biznes mühitinin çağırışlarına hazır olmanızı təmin etmək üçün sizə ən yaxşı təcrübələri təqdim edəcəklər.
Dostlar, bizim təlimlərə qatılmaqla həm biznes və maliyyə proqramlarını yüksək səviyyədə öyrənib, həm də mövzuya uyğun praktiki layihələrdə iştirak etmək, real şirkət nümunələrinə baxmaq şansını qazanırsınız. Əgər siz sahibkarlıq, maliyyə, vergi sahələrində karyera qurmağa çalışırsınızsa və sərbəst iş qrafiki, müasir ofis mühitində inkişaf etmək arzusundasınızsa...
...gələcəyinizi bizimlə qurmağa başlayın!
Arzunuzun arxasınca getmək vaxtıdır..!